Gazeteci- Yazar
Nəsilli nəsilsizlər
Ailə; kiçik bir dünya. Ailə; dövlət içərisində dövlət. Ailə; ailə içərisində ailə. Ailə; üzüvləri ilə nəsil ötüşdürən, nəsilləri ötən. Ailə; qurulur toy ilə, nişan ilə. Ailə; qurulur istəklə, məhəbbətlə, dil-ağızda arzu: “uzun ömür sizə, övladım, sevgi, sədaqətlə.” Ata xeyiri, ana duası. Toy dəsgahı, illərin hazırlığı. Nəhayyətdə bir konsertə bənzər toy. Gələn qonaqlar. Hər biri konsert bileti almış kimi. Konsertdən diskotekaya çevirirlər toy, düyünü. Musiqi pop, rok tenpində. Üzeyir nəvələri onunla atılıb, düşülür yarı çılpaq geyimdə. Gəlinlik libası yığılıb başa hər bir qonaqla kavardinka oynanılır qol-qola, göz-gözə, baş-başa. Beləcə gəlin toyun sonunu yetirir savaşa. Toy marşı. Toyun sonu. Gəlin bəy qapısından keçir. Qaynana gəlinin hərəkətlərini sayır, seçir. Toyun sabahı. Qaynananın gəlinə qarqışı-ahı. “ala hey başına, gəlin olub özünü gəlin kimi apara bilmədin. Bütün toy boyu dingildədin. Ala hey başına göstərdin də tərbiyəni. Beş-altı saatda təsdiqlədin də ata, ananı. Küçüyün biri küçüy, sübut etdin də itdir yiyən.” Dözmür gəlin, başlanır mubahisə, baş verir hadisə. Gəlin iki çamadan bir də ərini vurub qoltuğuna gedir kirayə. O gündən qəlb evində bəsləyir qaynana, qaynataya kinayə. “Getmə ata, ana evinə” getmir oğlan. Öl deyir ölür oğlan. Doqquz ayın, doqquz günündə dünyaya gəlir bir oğlan. Illər ötür atalı, analı ana, atasız, anasız ata olurlar qayna, qanata. Gəlir gəlin. Qəstən qırır əlin. Çəkir özünə sarı ərin. Qan uddurur nəsilli qaynanaya, nəsilsiz qaynataya. Çəkir aparır oğlanı öz nəslinə sarı, beləcə qırılır qohumluq hasarı. Düşmənçilik başlanır. Oğlan ata, anasına üz çevirib, gedir. Mənim heç kəsim yoxdur deyir. Beləcə “aşıq qaşıq” məsələsi çıxır qarşıya. Məcburən nəsilli də, nəsilsiz də onu qaşıqlayır. Bu münvallada ötür, ötəcək də nəsillər. Kökü üstə bitən nəsillər.
|